Netanyahu Trampdan Suriyaya qarşı məhdudiyyətləri saxlamağı istəyib

İsrailin Baş Naziri Benyamin Netanyahu, keçən ay ABŞ-a etdiyi səfər zamanı Prezident Donald Trumpdan Suriyaya qarşı sanksiyaların davam etdirilməsini və bu ölkəyə dəstək verməməsini xahiş edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Araby al Jadeed ” məlumat yayıb.
Məlumata görə, Netanyahu bu mövqeyini 7 oktyabr 2023-cü ildə baş verən hadisələrin təkrarlanmasından qorxduğu üçün irəli sürüb.
Buna baxmayaraq, dünən axşam Trump bildirib ki, o, Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır və bu yolla ölkəyə bərpa şansı vermək istəyir.
Nigar Rəhimova
17:15 14.05.2025
Oxunuş sayı: 904