TDT Baş katibi Türküstanda Qazaxıstanın Mərkəzi Seçki Komissiyası sədri ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubanıçbek Ömüralıyev Qazaxıstanın Türküstan şəhərində TDT Mərkəzi Seçki Komissiyalarının Məşvərət Platformasının 1-ci iclası çərçivəsində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov ilə görüş keçirmişdir.
Crossmedia.az bildirir ki, görüşdə seçki prosesləri, regional əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iclas Türk dövlətləri arasında demokratik təsisatların möhkəmləndirilməsi və seçki sahəsində qarşılıqlı təcrübənin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Görüş, eyni zamanda, təşkilat çərçivəsində siyasi dialoqun gücləndirilməsinə xidmət edir.
Fidan Xəlilova
16:10 14.05.2025
Oxunuş sayı: 703