İsrailə raket hücumu cəhdinin qarşısı alındı

İsrail Müdafiə Ordusu Yəməndəki husilər tərəfindən atılan ballistik raketi hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Times of Israel ” məlumat yayıb.
Raket hücumu zamanı Qüds və ətraf şəhərlərdə hava həyəcan siqnalları işə düşüb. İlkin məlumatlara görə, hücum nəticəsində xəsarət alan və ya maddi ziyan qeydə alınmayıb.
Qeyd edək ki, bu, son 24 saat ərzində Yəməndən İsrail ərazisinə edilən ikinci belə hücum cəhdidir.
Nigar Rəhimova
16:53 14.05.2025
Oxunuş sayı: 453