ABŞ və Səudiyyə arasında 142 milyard dollarlıq silah sazişi imzalandı

ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 142 milyard dollar olan silah alqı-satqısı ilə bağlı bir neçə saziş imzalanıb. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatıracağını öhdəsinə götürüb. Bundan əlavə, səudiyyəlilər Amerika texnologiyalarına çıxış imkanı əldə edəcəklər.
Crossmedia.az bildirir ki, bu barədə xarici media mənbələri məlumat verib.
Belə ki, ABŞ prezidenti Donald Tramp da açıqlama verərək bildirib ki, Səudiyyə Ərəbistanı "Əbrahim Sazişləri"nə qoşulacaq. Onun sözlərinə görə, bu addım Qəzzadakı müharibə başa çatdıqdan sonra atılacaq.
Fatimə Məmmədova
16:23 14.05.2025
Oxunuş sayı: 488