Hindistan Çin və Türkiyə media hesablarını bloklayıb

Hindistan hakimiyyəti sosial şəbəkə X-də Türkiyənin TRT World telekanalının və Çinin Global Times və Xinhua media qurumlarının hesablarını ölkə ərazisində bloklayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.
Məlumata görə, bu addım son Hindistan-Pakistan qarşıdurmasının işıqlandırılması ilə bağlı atılıb.
Qeyd edək ki, rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Fatimə Məmmədova
16:15 14.05.2025
Oxunuş sayı: 492