Tramp: "Mən dünyanı daha təhlükəsiz etmək üçün İranla razılaşmaq istəyirəm"

"Mən dünyanı daha təhlükəsiz etmək üçün İranla razılaşmaq istəyirəm".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunları ABŞ prezidenti Donald Tramp deyib.
Həmçinin, "Müharibəni sevmirəm, amma İranın nüvə silahına malik olmasını istəmirəm, onun təhlükəsiz və firavan ölkə olmasını istəyirəm, indi seçim vaxtıdır.
Yaxın Şərqdə ən böyük dağıdıcı qüvvə İrandır.
Mən keçmiş münaqişələrə və İranla dərin fikir ayrılıqlarımıza son qoymağa hazıram.
Mənim İrana təklifim əbədi olmayacaq", - deyə, o, əlavə edib.
13:00 14.05.2025
Oxunuş sayı: 515