Qubadlıda daha bir yaşayış məhəlləsi salınacaq

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri mərhələli şəkildə davam etdirilməkdədir.
Crossmedia.az xəbər verir ki, bu işlərin davamı kimi Qubadlıda 2-ci yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılır.
Belə ki, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işlərə yekun vurub və "TK Project" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 793 550 manat ödənilib.
Qeyd edək ki, Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
11:25 14.05.2025
Oxunuş sayı: 677