Tramp: “İran seçimini etməlidir, zaman sürətlə daralır”

Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
Crossmedia.az xəbər verir ki, xarici mətbuatın yaydığı məlumata görə, Tramp İranın qarşısında daha parlaq gələcək üçün bir yolun açıq olduğunu, lakin bu seçimin Tehranın qərarından asılı olduğunu bildirib.
“Biz İranın böyük, təhlükəsiz və rifahlı bir ölkə olmasını istəyirik, lakin onların nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyik. Amerika və onun müttəfiqləri heç bir halda terror və ya nüvə hücumu ilə təhdid oluna bilməz”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp həmçinin bəyan edib ki, İran rəhbərliyi bu fürsətin müddətsiz olmadığını dərk etməlidir: “İran seçim etməlidir. Bu fürsət daim masada olmayacaq. İndi qərar verməyin vaxtıdır. Çox vaxt qalmayıb”.
23:43 13.05.2025
Oxunuş sayı: 601