Gəncədə Regional Vəkil Bürosunun yeni binası açıldı, elmi-praktiki konfrans keçirildi

Məlum olduğu kimi, mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib. Eyni zamanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində həmin gün ARVK-nın təşkilatçılığı ilə Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasında “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans təşkil edilib.
Bu barədə Crossmedia.az Vəkillər Kollegiyasına istinadən bildirib.
Mərasim çərçivəsində Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, Kollegiyanın sədri Anar Bağırov, Türkiyənin İzmir Barosunun vəkilləri Forough Amirabedinlə Afhan Topel Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 saylı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Mərkəzin rəhbəri Fərid Yaqubov qonaqları səmimi salamlayaraq “ASAN xidmət” konsepsiyası, göstərilən xidmətlər, innovativ yanaşmalar və mərkəzin fəaliyyət mexanizmi barədə ətraflı məlumat verib.
Ziyarət zamanı ARVK-nın sədri Anar Bağırov şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üzrə prosesi şəxsən həyata keçirərək “ASAN xidmət”in vətəndaşlara göstərdiyi operativ və şəffaf xidmətin praktik tətbiqini nümayiş etdirib.
Türkiyəli vəkillər 2 saylı Gəncə “ASAN xidmət” mərkəzində yaradılan şərait, göstərilən xidmətlərin keyfiyyəti və rəqəmsallaşma səviyyəsinin onlarda yüksək təəssürat yaratdığını bildirib.
23:12 10.05.2025
Oxunuş sayı: 458