Hindistan bloqerləri və siyasətçiləri Azərbaycanı boykot etməyə çağırır

Hindistanın bir qrup bloqeri və siyasətçisi sosial şəbəkələrdə Azərbaycana qarşı boykot kampaniyasına start verib. Onlar vətəndaşlara müraciət edərək, Azərbaycanı səfər və əməkdaşlıq üçün seçim etməməyə çağırıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu təşəbbüs “Azərbaycana boykot” şüarı altında “X” sosial şəbəkəsində geniş yayılmağa başlayıb. Kampaniyanın təşəbbüskarları bildiriblər ki, bu çağırış Azərbaycan hökumətinin Pakistanı dəstəkləməsi ilə əlaqədardır.
Məlumata görə, Azərbaycan rəsmi şəkildə Pakistana dəstəyini ifadə edib. Bu dəstək Hindistanın Pakistan ərazisinə hücumuna cavab olaraq verilib.
Hazırda kampaniya Hindistan sosial mediada gündəmdə olan əsas mövzulardan biridir. Mütəxəssislər bu çağırışların turizm və iqtisadi əlaqələrə təsir edə biləcəyini istisna etmirlər.
Fatimə Nəbiyeva
16:30 08.05.2025
Oxunuş sayı: 781