İran və Avropa üçlüyünün danışıqları ləğv edildi

Dünən Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu gün keçirilməsi planlaşdırılan İran və üç Avropa ölkəsi – Fransa, Britaniya və Almaniya arasındakı danışıqların baş tutmayacağını bildirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
“Cümə günü Tehran və Vaşinqton arasında yüksək səviyyəli görüşdən öncə İran və üç Avropa ölkəsi arasında planlaşdırılan texniki görüş baş tutmalı idi. Ancaq bu müzakirələr keçirilməyəcəyi üçün texniki görüş də ən azı indilik aktuallığını itirib”, - deyə, Barrot vurğulayıb.
14:20 03.05.2025
Oxunuş sayı: 1025