İran: Şərtlərimiz yerinə yetirilmədikcə Hörmüz boğazı açılmayacaq
İran Məclis sədri Məhəmməd Baqir Qalibaf, ölkəsinin şərtləri yerinə yetirilmədikcə və ABŞ öhdəliklərini yerinə yetirmədikcə Hörmüz boğazının açılmayacağını bildirib.
Crossmedia.az İran rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, Qalibaf İran Məclisində deputatlara müraciətində gündəmə dair qiymətləndirmələr aparıb.
Diplomatiya sahəsində “ağıllı və sövdələşməyə qapalı” mövqe tutduqlarını vurğulayan Qalibaf, İranın mesaj və şərtlərinin vasitəçilər vasitəsilə ABŞ-ə çatdırıldığını bildirib.
Qalibaf deyib ki, bu şərtlər yerinə yetirilmədikcə, İran xalqının qanuni hüquqları tanınmadıqca və ABŞ öhdəliklərini yerinə yetirmədikcə, heç bir şəkildə danışıqlardan əvvəlki vəziyyətə qayıdılmayacaq və Hörmüz boğazı açılmayacaq.”
İranda ABŞ ilə danışıqlara qarşı çıxan qruplara da müraciət edən Qalibaf qeyd edib:
“Biz müharibə və ya danışıqlar şəklindəki dilemma-nın real olmadığına, həm müharibə edilməli, həm də danışıqlar aparılmalı olduğuna inanırıq.”
Ağıllı və güclü şəkildə müharibə aparılmalı, uyğun vaxtda isə güc və ağılla danışıqlar aparılmalı olduğunu deyən Qalibaf əlavə edib:
“Lazım gəldiyi anda malik olduğumuz bütün hərbi potensialla düşməni geri oturtmalı və ona ağır zərbələr endirməliyik. Amma sahədə mühüm qələbə əldə etdiyimiz və düşmənin zəif vəziyyətdə olduğu bir vaxtda diplomatiya vasitələri ilə bu nailiyyətləri möhkəmləndirməliyik.”
14:54 20.09.2026
Oxunuş sayı: 41