İsrail Suriyanın müxtəlif bölgələrinə hava hücumları təşkil edib

Bu gecə İsrail Hava Qüvvələri Suriyanın 20-dən çox müxtəlif bölgəsinə hava hücumu təşkil edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu, Bəşər Əsədin hakimiyyətdən getdiyi vaxtdan bəri həyata keçirilən ən böyük hava hücumu hesab olunur.
Türkiyə təyyarələri Suriya səmasında GPS sistemlərini məhdudlaşdırdığından. Bu, bir sıra İsrail qırıcılarını Suriya səmalarından geri çəkilməyə məcbur edib. İsrail ABŞ-a növbəti dəfə Türkiyə təyyarələrini Suriya hava məkanında vuracağı ilə bağlı xəbərdarlıq edib.
Suriya mənbələrinin məlumatına görə, İsrail helikopteri Əs-Süveyda vilayətində eniş edərək druz silahlı dəstələrinə silah çatdırıb.
Həmçinin bildirilir ki, helikopter bölgədən bir neçə tanınmış druz şeyxi ilə birlikdə ayrılıb.
09:50 03.05.2025
Oxunuş sayı: 902