Rəsmi Vaşinqton: “Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

ABŞ-nin dövlət katibi Mark Rubio bildirib ki, Ukraynada gedən müharibənin hərbi yolla həlli mümkün deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb
Rubionun sözlərinə görə, nə Rusiya, nə də Ukrayna döyüş meydanında öz məqsədlərinə çata biləcək gücdə deyil.
“Rusiya Prezidenti Vladimir Putin bütün Ukraynanı ələ keçirə bilməyəcək. Kiyev isə Rusiya qoşunlarını heç olmasa 2014-cü il sərhədlərinə qədər geri çəkilməyə məcbur edə bilməyəcək”, – deyə o qeyd edib.
Bununla belə, o bildirib ki, son üç il ərzində ilk dəfə olaraq Ukraynada sülh real bir perspektiv kimi görünməyə başlayıb.
“Biz artıq hər iki tərəfin münaqişəni dayandırmaq üçün nə istədiyini daha aydın anlayırıq. Problem ondadır ki, tərəflərin mövqeləri hələ də bir-birindən çox uzaqdır”, – deyə Rubio əlavə edib.
Fatimə Məmmədova
22:34 02.05.2025
Oxunuş sayı: 1179