Zelenski F-16-larla bağlı müşavirə keçirib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin hərbi aviasiya parkının inkişafına dair müşavirə keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə prezident "İnstagram" hesabında yazıb.
Dövlət başçısı müşavirə zamanı yaxın gələcəkdə ölkəyə gətiriləcək, F-16-lar və bu sahədə tətbiq ediləcək sistemli həllər barədə geniş müzakirələrin aparıldığını bildirib.
Zelenski qeyd edib ki, əsas məqsəd Ukraynanın hərbi hava qüvvələrinin hazırlıq səviyyəsini artırmaq və bu resurslardan daha səmərəli istifadə imkanlarını genişləndirməkdir.
"Ukraynada artıq olan və gözlənilən F-16-lar barədə əsas məsələlər müzakirə olundu. Eyni zamanda, hərbi aviasiyamızı daha effektiv şəkildə idarə etməyə imkan verəcək sistemli həllər də gündəmdə idi", – deyə Zelenski bildirib.
O, Ukraynanın müdafiə imkanlarını gücləndirən hər kəsə təşəkkürünü bildirib.
Aybəniz Səfərova
22:09 02.05.2025
Oxunuş sayı: 1347