Dəməşqdə gərgin anlar: İsrail qırıcıları saray yaxınlığını hədəfə aldı

Bu gün səhər saatlarında İsrail qırıcıları Suriyanın paytaxtı Dəməşqdə prezident sarayı yaxınlığında hava zərbəsi endirib.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, sarayda olan Əhməd əş-Şara və digər rəsmi şəxslər hücumdan təxminən bir saat əvvəl ərazini tərk ediblər. İsrailin Baş naziri Benyamin Netanyahu hücumu belə şərh edib: “Bu, Suriya rejiminə açıq bir mesajdır.”
Aydan Quliyeva
17:45 02.05.2025
Oxunuş sayı: 803