Beynəlxalq İnstitut: “SEPAH terror təşkilatı kimi tanınmalıdır”

Britaniyanın Henri Cekson İnstitutu SEPAH-ın ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid olduğunu vurğulayaraq, onun terror qruplaşması siyahısına daxil edilməsini istəyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Məlumata görə, institut SEPAH-ı Britaniyada dini zorakılığı təbliğ etməkdə deyil, həm də cinayətkar dəstələrlə əməkdaşlıq edərək ölkədə öz müxaliflərinə qarşı casusluq etməkdə və onları hədələməkdə ittiham edib.
Qeyd olunub ki, SEPAH hətta Britaniyada sui-qəsd əməliyyatları planlaşdırmağa başlayıb.
16:45 02.05.2025
Oxunuş sayı: 794