Ukraynada 600 Şimali Koreya əsgəri həlak olub

Cənubi Koreyalı millət vəkili Li Sonq-Jun kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Ukraynada gedən döyüşlər zamanı təxminən 600 Şimali Koreya əsgəri həlak olub.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki, Ümumilikdə isə Şimali Koreyanın itkilərinin 4 700 nəfər civarında olduğu təxmin edilir. Məlumata görə, əsgərlərin cəsədləri Rusiyanın Kursk şəhərində kremasiya olunub və qalıqları Şimali Koreyaya göndərilib.
12:10 02.05.2025
Oxunuş sayı: 997