9 Mayda Moskvada keçiriləcək Qələbə Paradına hansı ölkələrin liderləri qatılacaq?

9 mayda İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş Qələbə Paradına görə Moskva bir sıra ölkələrin yüksək səviyyəli qonaqlarını qəbul edəcək.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Avropa ölkələri arasında Slovakiyanın baş naziri Robert Fitso, Serbiya prezidenti Aleksandr Vuçiç və Bosniya və Herseqovinanın Serb Respublikasının rəhbəri Milorad Dodik Moskvaya səfər edəcək. ABŞ-ın da tədbirdə yüksək səviyyədə təmsil olunması istisna edilmir. Bildirilir ki, ABŞ dövlət katibi Marko Rubio tədbirdə iştirak edə bilər.
Bundan əlavə, MDB ölkələrinin liderləri də Qələbə Paradına qatılacaq. Azərbaycan prezidenti İlham Əliyev, Belarus lideri Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin Qırğızıstan, Tacikistan və Özbəkistan rəhbərləri Sadır Japarov, Emoməli Rəhmon və Şavkat Mirziyoyev Moskvada olacaq.
Tədbirdə həmçinin Cənubi Afrika Respublikasının müdafiə naziri Andjelina Moçekqa, Çin Xalq Respublikasının sədri Si Cinpin, Braziliya prezidenti Lula da Silva, Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lam, İsrailin Moskvadakı səfiri Simona Qalperin və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın da iştirakı gözlənilir.
Fatimə Nəbiyeva
08:02 02.05.2025
Oxunuş sayı: 849