BBC-dən gözlənilməz hərəkət: Türkiyəni işğalçı kimi təqdim etdi

Böyük Britaniyanın dövlətə məxsus xəbər və media təşkilatı olan BBC-nin, son yayımladığı sənədli filmdə Türkiyə və PKK arasında baş verən gərginliklərə dair mübahisəli yanaşmalar əks olunub.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, filmdə Şimali İraqdakı türk hərbi bazalarının mövcudluğu tənqid edilib və Türkiyə əleyhinə sərt ifadələrə yer verilib.
Sənədli film Türkiyəni işğalçı kimi təqdim edərək, PKK-nın məqsədlərini leqallaşdırmağa çalışıb. Həmçinin, PKK-nın rəhbəri ilə müsahibə yayımlanıb və terror təşkilatının mövqeyi ön plana çəkilib.
BBC-nin bu yanaşması Türkiyə ilə bağlı beynəlxalq münasibətlərdə yeni müzakirələrin yaranmasına səbəb olub.
Aybəniz Səfərova
23:59 01.05.2025
Oxunuş sayı: 734