KİV: Ukrayna təcili yardım maşınlarını bombalayıb

Rusiya tərəfindən ilhaq edilən Xerson vilayətində Ukraynanın həyata keçirdiyi hücum nəticəsində azı 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə bölgəyə təyin olunan qubernator Vladimir Saldo məlumat verib.
Saldo açıqlamasında bildirib ki, yerli vaxtla saat 10:30 radələrində Xerson vilayətinin Oleşki şəhərində yerləşən bazar ərazisi hücuma məruz qalıb.
Onun sözlərinə görə, hücumun ilk dalğasından sonra sağ qalanları hədəfə almaq üçün Ukrayna Silahlı Qüvvələri əlavə pilotsuz uçuş aparatları (PUA) göndərib.
Rusiya dövlət mediası isə adının açıqlanmasını istəməyən başqa bir rəsminin fikrinə istinadla bildirib ki, Ukrayna qüvvələri hadisə yerinə cəlb olunan təcili yardım maşınlarına qarşı kaset bombalarından istifadə edib.
Ukrayna tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. Hücumun miqyası və nəticələri barədə araşdırmalar davam edir.
Aybəniz Səfərova
22:50 01.05.2025
Oxunuş sayı: 710