Bu dəfə zəlzələ Argentinanı silkələdi

Argentinada 5,8 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 20:04-də baş verib. Zəlzələnin episentri yer səthindən 131 kilometr dərinlikdə olub.
Hazırda dağıntılar və ya insan tələfatı barədə məlumat verilməyib.
Təfərrüatlar dəqiqləşdirilir.
Aybəniz Səfərova
22:42 01.05.2025
Oxunuş sayı: 668