Putin ən güvəndiyi kadrı vəzifəsindən azad edə bilər

Rusiyada ciddi kadr dəyişiklikləri müzakirə olunur.
Crossmedia.az xarici mediaya istinadla xəbər verir ki,Prezident Vladimir Putinin ən çox güvəndiyi fiqurlardan biri olan və Rusiya Mərkəzi Bankına 12 ildir rəhbərlik edən Elvira Nabiulinanın yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi ehtimal olunur.
Nabiulina Rusiyanın müharibə iqtisadiyyatının ayaqda qalmasında mühüm rol oynayıb. Bildirilir ki, o, ya prezidentin müşaviri, ya da baş nazirin müavini vəzifəsinə təyin oluna bilər. Eyni zamanda Putin ona orduda maliyyə xərclərinə nəzarəti tapşıra bilər.
Rusiya Mərkəzi Bankının yeni sədri postuna isə hazırda "Promsvyazbank"ın rəhbəri olan Pyotr Fradkovun gətirilməsi müzakirə olunur.
21:28 01.05.2025
Oxunuş sayı: 732