Qrossi: İranın nüvə problemi hərbi münaqişəyə çevrilə bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın nüvə proqramının sürətlə irəlilədiyini və ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün vaxtın getdikcə daraldığını bildirib.
Crossmedia.az Rafael Qrossinin “US News”a verdiyi müsahibəyə istinadən xəbər verir ki, uranın yüksək səviyyədə zənginləşdirilməsi ciddi narahatlıq doğurur: “Bu bir reallıqdır və bu, hazırda baş verir. Sentrifuqalar hələ də işləyir, zənginləşdirilmiş uran ehtiyatları artır və bununla belə siyasi və diplomatik fəaliyyətsizlik davam edir”.
Agentlik rəhbəri vaxtın məhdud olduğunu vurğulayaraq, razılaşma əldə olunmasa, bəzi ölkələrin birtərəfli hərbi əməliyyatlara əl ata biləcəyinə dair xəbərdarlıq edib: “Biz prosesin dalana dirənməsinə imkan verməməliyik. Bu, bizim ən optimal fürsətimizdir”.
Mədinə Cəlilova
21:36 01.05.2025
Oxunuş sayı: 578