Kipr adası heç vaxt Yunanıstanın olmayıb

Son aylar Kipr adasının tanınması və ya tanınmaması, Avropa ittifaqının “presedent” yaratmaq səyləri geniş müzakirə olunur. xanım Ursula fon der Leyen və Avropanın yunan sevgisi növbəti dəfə özünü qeyri-peşəkar şəkildə göstərir.
Ölkələrin ərazi bütövlüyü üçün ölkə və dövlət atributları olmalıdır. Kipr adası haqqında dövlət sərhədləri və ərazi bütüvlüyü mövzusu heç vaxt müzakirə obyekti olmayıb. Bütün müzakirələr adanın bütövlüyünün qorunub saxlanılması haqqında gedib ki, türklər və Türkiyə də əslində bu mövqeyi həmişə müdafiə edib.
Dünyada milli zəmində olan konfliktlərin hər biri fərqlidir, konfliktin tarixçəsı, səbəbləri, geosiyasətdə çəkisi və bir çox xüsusiyyətləri onlara fərdi yanaşmanı tələb edir. Lakin bu konfliktləri birləşdirsək də, ayırsaq da son 50 ilin təcrübəsi göstərir ki, Avropa ittifaqı və qərb konfliktlərin həlli baxımıbdan tamamilə acizdir, əksinə konfliktlərin yaranmasına və onun antaqonizmə keçməsində maraqlıdır.
Kipr heç bir zaman Yunanıstanın ərazisi olmayıb və Kipr adasında heç bir zaman legitim yunan dövlətçiliyi qurulmayıb. XIX əsrin sonlarında Kipr adasını rus işğalından qorumaq üşün Osmanlı İngiltərə ilə razılağa gəlir və idarəetmə ingilislərin əlinə keçir (1877-1878-ci illərdə türk-rus müharibəsindən sonra). 1915-ci ildən sonra (I dünya müharibəsi zamanı) Türkiyə və İngiltərənin müxtəlif bloklarda olması səbəbindən ada bütünlüklə İngiltərəyə tabe edilir.
Türkiyədə Cümhuriyyətin qurulmasından sonra yunanların iddiaları daha da çoxalır. Yunanların millətçilik ruhunda tərbiyə olunması region üzərində böyük siyasət aparan qüvvələrin marağında idi. 1830-cu ildə yunanlar Osmanlı hakimiyyətindən azad oldularsa da dövlət qura bilmədilər və monarxiya qurmaq məqsədi ilə Bavariya aristokratlarından, həddi-buluğa çatmamış Bavariyalı Ottonu hakimiyyətə gətirdilər. Bir müddətdən sonra onu da devirib Daniya şahzədəsini hakimiyyətə gətirdilər. Balkan muharibəsində müttəfiqlərin hesabına ərazisini genişləndirdi, nəhayət I dünya muharibəsində o əraziləri yenidən itirdilər. 1940-da italyanlar Yunanıstanı işgal etdi, müharibədən sonra vətəndaş muharibəsi başlandı və 1949-cu ildə səltənət yenidən bərpa olundu və bu da 1967-ci ilə qədər davam etdi.
1946-cı ildə avropalıların statistikasına görə Kipr adasında əhalinin 18 faizi türk idi. Bu rəqəmə özləri də inanmadılar və keşiş II Makariusun 1950-ci ildə keçiridiyi referendum göstərdi ki, belə deyil. Makarius bilərəkdən ki, türk müsəlmandır və kilsəyə gəlməyəcək, seçki məntəqələrini kilsələrdə təşkil etdi və səs verənlərin 95 faizi yunanıstanla birləşməyə səs verdi.
İngilslərin himayəsi ilə ayaqda duran Kipr yunanları 1955-ci ildə ingilislərə qarşı qiyam qaldırdı. 1959-cu ildə London və Sürix müqavilələri imzalandı. Bu müqaviləyə görə həm İngiltətə həm də Türkiyə adaya qoşun yerləşdirmək hüququ qazanırdı.
Keçirilən seçkilər və müşahidələr əhalinin say nisbətinin 70-30 faiz olmasını göstərirdi. Beynəlxalq qüvvələr prezidentin yunan, baş nazirin türk olması təkliflərini irəli sürərək Kipr adasında vahid hakimiyyətin qurulmasını istəyirdi. Belə bir hakimiyyət üç il çəkdi - 1963-cü ildə keşiş III Makarius Kipr Türklərinin bu hüquqularının alınması barədə çağırış etdi. Yenə də Kiprdə qırğınlar başladı.
Kipr yunanlarının Yunanıstan sevgisi heç bir şəkildə əsaslandırılmırdı, çünki, Yunanıstanın özünün doğru-düzgün dövləti yox idi. 1967-1974-cü illərdə “qara palkovniklər” xunta dövləti qurur. Yunanıstan NATO-dan çıxır.
On il -1974-cü ilə qədər sülhməramlılar Kipr adasında qarşıdurmanı dayandırmağa çalışdılar. 1974-cü ildə türklər yenə də adaya qoşun yürüdür və qırğınların qarşısını alır. iki ay ərzində türk əsgəri qırğınların qarşısını tamamilə alır. Lakin Kiprin avropalı himayədarları yunan tərəfinə haqq qazandırmaq üçün türk qoşununu işğalçı adlandırdı.
1983-cü ildə Şimalı Kipr Türk Cümhuriyyəti təsis olunanda BMT-nin Təhlükəsizlik Şurası 541 və 550 nömrəli qətnamələr qəbul etdi. Bu qətnamələrin əsas ideyası adanın bütövlüyünü saxlamaq olsa da türk azlığı bütövlüyə mane olanların yunanlar olduğunu sübut edə bilmədi. Lakin, sakit bir düşüncə formalaşırdı ki, əgər bu qətnamələr adanın birliyini saxlayacaqsa qoy olsun...
Hər şey 2004-cü ilin aprelində Annan təklifi ilə aydınlığa çıxdı. Adanın birliyinə yönəldilmiş və uzun müddət danışıqların nəticəsində adada səsvermə keçirildi. Ada ərazisinin 37 faizi türklərdə olsa da Annan layihəsində türklərin dövlətdə iştirakı üçdə bir olaraq təklif edilirdi. Türklər səsvermədə 65 faizlə layihəni dəstəklədilər, yunanlar – 73 faiz layihənin əleyhinə səs verdilər.
2024-cü ilin səsverməsi göstərdi ki, türklər adanın birliyi üçün çox böyük fədakarlıq etdilər və bir çox hüquqlarınından da imtina etdilər. Lakin, seçkilərdən sonra cənubi kiprlilər Avropa İttifaqına qəbul olundular. Hamı görürdü ki, artıq 1983-cü il qətnamələri legitimliyini itirib. Məgər xanım Fon der Leyen bunu bilmirdi?
Bu gün də türklər adanın bütünlüyü üçün hər şey edirlər. Orta Asiya respublikaları da Kipr adasının tanınması yolunda adanın bütünlüklə tanınması və oranın türk azlığının hüquqlarının tanınması şəkilində mövqe tuta bilərdilər. Son nəticədə Kipr türkləri separatçı deyil, heç kimə qoşolub-qarışmaq istəmir və adanın bütövlüyünə ziyan edən addımlar da atmır. Bəs bu politoloqlar onun nəyinə separatçı deyir?
Problemdən xəbəri olmayanlar, müxtəlif mövqeləri dəstəkləyənlər və ya tənqid edənlər anlamalıdır ki, Kipr adası heç bir zaman Yunanıstanın olmayıb və Avropa İttifaqından da onların təcrid olunması ciddi hüquq və milli diskriminasiya hesab edilməlidir. Türk dövlətlərinin Kipr adasının türk azlığının hüquqlarının qorunması və Avropa İttifaqının repressiyalarından qorumaq üçün türk dövlətlərarası komissiyanın yaradılması və vahid strategiyanın işlənib hazırlanmasının vaxtı çatmışdır.
09:04 30.04.2025
Oxunuş sayı: 2465
