Türkiyədə 4 milyon 33 min köçkün var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul AKM-də keçirilən “Türkiyə Yüzili” Köçkün İdarəetmə Proqramı çərçivəsində mühüm açıqlamalar verib. O, Türkiyədə ümumilikdə 4 milyon 33 min köçkün olduğunu bildirib. Bu şəxslərdən 2 milyon 768 mininin müvəqqəti statusla Suriyə vətəndaşı olduğu vurğulanıb. Ərdoğan, alınan tədbirlər nəticəsində köçkün sayısının azalmağa başladığını və 9 dekabr 2024-dən sonra 200 min nəfərin Suriyəyə geri döndüyünü qeyd edib.
Crossmedia.az türk mediasına istinadən bildirir ki, Ərdoğan, köçkün məsələsini özlərinə tarixi bir məsuliyyət olaraq qəbul etdiklərini vurğulayıb. “Biz, köçkünləri onların anladığı şəkildə deyil, hicrət olaraq qəbul edirik. Bu, bizim dinimiz və mədəniyyətimizin bir parçasıdır. Bizim baxış açımız fərqlidir və bu yanaşma ilə insanlara yardım etməyə davam edirik,” deyə Ərdoğan bildirib. O, köçkünlərin Türkiyədə sığınacaq tapmalarını və burada yetişən uşaqlarının Türk millətinin bir hissəsi olaraq qəbul edildiyini vurğulayıb.
Ərdoğan, beynəlxalq miqrasiya məsələsinin qlobal bir problem olduğunu qeyd edib. O, bu gün dünyada 281 milyondan çox köçkün olduğunu, bunlardan 165 milyonunun miqrant işçilər, 120 milyonunun isə mültecə statusu daşıdığını bildirib. “Hər gün insanlar müxtəlif səbəblərlə öz vətənlərini tərk edirlər. Bu, qlobal bir problemdir. Lakin inkişaf etmiş ölkələr bu məsələyə lazımi məsuliyyətlə yanaşmır və çox vaxt bunu yalnız reklam məqsədilə istifadə edirlər,” deyə Ərdoğan əlavə edib.
Ərdoğan, köçkünlərin Türkiyə iqtisadiyyatına olan qatqılarına da toxunub. “Türkiyədəki miqrantlar, xüsusilə kənd təsərrüfatı və digər sahələrdə böyük rol oynayır. Onlar iqtisadiyyatımıza mühüm dəstək verir, lakin bəzi qruplar bunu görməzlikdən gəlir və haqsız tənqid edirlər,” deyə o, bu məsələnin obyektiv şəkildə müzakirə edilməsinin vacibliyini qeyd edib.
Son olaraq, Ərdoğan, Türkiyənin köçkünlərə qapılarını açmasının yalnız insanlıq vəzifəsi olduğunu vurğulayıb. “Bizim tariximizdə, köçkünlər hər zaman bu torpaqlara sığınmış və burada qonaqpərvərlik görmüşlər. Biz bundan sonra da eyni mövqedə olacağıq. Bu, həm bizim, həm də dünya üçün ən doğru yoldur,” deyə prezident əlavə edib.
Fatimə Nəbiyeva
14:59 28.04.2025
Oxunuş sayı: 653