Pekin: Çin Pakistanın suverenliyini və təhlükəsizlik maraqlarını dəstəkləyir

Çinin xarici işlər naziri Van İ Pakistanlı həmkarı İshaq Darla telefon danışığında bildirib ki, Çin Pakistanın suverenliyini və təhlükəsizlik maraqlarını dəstəkləyir.
ÇXR Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanır ki, Pekin bölgədəki vəziyyətin inkişafını diqqətlə izləyir və "Çin hər zaman Pakistanın terrorizmlə mübarizə sahəsində atdığı qətiyyətli addımları dəstəkləyir".
Crossmedia.az xəbər verir ki , bu barədə xarici KİV məlumat yayıb.
Van İ həmçinin ümid etdiyini bildirib ki, Hindistan və Pakistan təmkin nümayiş etdirəcək və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışacaqlar. Öz növbəsində, İshaq Dar qeyd edib ki, Pakistan Hindistanla münasibətlərdə yaranan gərginliklə bağlı Çin və beynəlxalq ictimaiyyətlə əlaqələri davam etdirəcək.
Fatimə Məmmədova
10:45 28.04.2025
Oxunuş sayı: 649