Dəməşq Suriya Demokratik Qüvvələrini "qırmızı xətlər" barədə xəbərdar etdi

Dəməşq YPG/PKK terror təşkilatının "federallaşma" çağırışına cavab olaraq rəsmi xəbərdarlıq yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media mənbələri məlumat verib.
Suriya hökuməti bildirib ki, ölkədə federallaşmaya və ya muxtariyyətə icazə verilməyəcək. Eyni zamanda, ölkənin şimal-şərqində qərarların monopoliyalaşdırılması və təbii sərvətlərin ələ keçirilməsi də qəbuledilməzdir.
"Suriyanın ərazi bütövlüyü və xalqının birliyi bizim üçün qırmızı xətdir. Bu prinsipin pozulması ölkənin vahid kimliyinə qarşı təcavüz kimi qiymətləndiriləcək", — açıqlamada qeyd olunub.
Qeyd edək ki, son günlərdə Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri(SDF) arasında Tişrin Su Elektrik Stansiyası ilə bağlı razılaşma da ciddi təhlükə altına düşüb. SDF-nin öhdəliklərini yerinə yetirməkdən imtina etməsi tərəflər arasında gərginliyin artmasına səbəb olub.
Fatimə Məmmədova
22:30 27.04.2025
Oxunuş sayı: 780