Tramp Makronun Zelenski ilə görüşə qatılmasına icazə verməyib — The Sun

The Sun nəşrinin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ-ın prezidenti Donald Tramp Vatikan’da Papanın dəfni zamanı görüşüblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,Fransa prezidenti Emmanuel Makron da görüşə qoşulmaq istəyib. Lakin Tramp buna razılıq verməyib. Görüntülərdə Makronun Zelenski və Trampa yaxınlaşmağa çalışdığı, lakin Trampın onu dayandıraraq nəsə dediyi görünür.
Dodaq oxuma mütəxəssisi Nikola Hicklingin sözlərinə görə, Tramp Makrona belə deyib: "Burada səhv edirsən. Mənə bir yaxşılıq etməni istəyirəm. Burada olmamalısan və buranı tərk et."
21:32 27.04.2025
Oxunuş sayı: 1678