Çin hərbçiləri Vyetnama məxsus adanı ələ keçirib


Çin hərbçiləri Vyetnama məxsus olan kiçik bir adanı tutublar. Məlumata görə, adada daimi yaşayış olmayıb, yalnız hərbi obyektlər və balıqçılıq məntəqəsi mövcud olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin ordusu adada öz bayrağını qaldırıb və ərazini rəsmi olaraq Çin torpağı elan edib.
Söhbət Send-Key adasından gedir. Adanın yerləşdiyi mövqe strateji baxımdan son dərəcə əhəmiyyətlidir. O, Filippinə məxsus Tituda adasından cəmi bir neçə kilometr məsafədədir. Qeyd edək ki, Tituda Filippinin ən mühüm hərbi bazalarından biri yerləşir.
Çin və Filippin arasında Cənubi Çin dənizində artan gərginliyi nəzərə aldıqda, Send-Key adasının ələ keçirilməsi bölgədə vəziyyətin daha da kəskinləşməsi riskini artırır.
Mədinə Cəlilova
10:24 27.04.2025
Oxunuş sayı: 829