ABŞ-də “məlumat sızması” araşdırmaları: Hökumət jurnalistlərin telefon qeydlərinə çıxış əldə edə biləcək

ABŞ ədliyyə nazirliyinin, məxfi məlumatların media orqanlarına sızdırılması araşdırmalarında jurnalistlərin telefon qeydlərinə çıxış imkanını genişləndirəcəyi iddia edilib.
Crossmedia.az “The Washington Post”istinadən xəbər verir ki, ədliyyə nazirliyinin mövzu ilə bağlı məlumat sənədinə çatıldığı bildirilib. Sənəddə, sabiq prezident Co Bayden administrasiyasının qərarının ləğv olunacağı və hökumət əməkdaşlarının mediaya “həssas məlumat” ötürməsini araşdırmaq üçün jurnalistlərin telefon qeydlərinin incələnməsinin qarşısının açılacağı qeyd olunub.
Həmçinin sənəddə, bu telefon qeydlərinə yalnız bütün digər araşdırma cəhdləri tükəndikdən sonra müraciət olunmalı olduğu vurğulanıb.
Beynəlxalq media təşkilatı olan Jurnalistləri Müdafiə Komitəsi (CPJ) isə bu qərarı “media azadlığına zərbə” kimi qiymətləndirib.
Mədinə Cəlilova
09:32 27.04.2025
Oxunuş sayı: 780