Fələstin dövlət başçısı Mahmud Abbas varisini seçdi

Fələstin Dövlət Başçısı Mahmud Abbas, yaxın sirdaşı kimi tanınan Hüseyn Əş-Şeyxi özünə köməkçi və mümkün varis olaraq təyin edib.
Crossmedia.az Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən yayılan açıqlamaya istinadən xəbər ki, təşkilatın icraiyyə komitəsinin təsdiqi ilə Hüseyn Əş-Şeyx yeni vəzifəsinə rəsmi olaraq təyin olunub.
Qeyd edək ki, FAT 1964-cü ildə yaradıldıqdan sonra ilk dəfə 24 aprel tarixində “prezident köməkçisi” vəzifəsinin təsis edilməsinə qərar verib.
Hazırda 89 yaşında olan Mahmud Abbas, 2004-cü ildə Yasir Ərəfatın ölümündən sonra həm Fələstin Azadlıq Təşkilatına, həm də Fələstin Administrasiyasına rəhbərlik edir.
64 yaşlı Hüseyn Əş-Şeyx isə indiyədək FAT-ın İcraiyyə Komitəsinin baş katibi vəzifəsində çalışırdı.
Mədinə Cəlilova
09:09 27.04.2025
Oxunuş sayı: 1103