İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb - YENİLƏNİB

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.
Crossmedia.az İran KİV-nə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.
Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.
"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.
Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib
22:36 26.04.2025
Oxunuş sayı: 1245