İran və Ermənistan arasında 3 milyard dollarlıq qarşılıqlı ticarət hədəf qoyulub

Dünən Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran Ticarət Palatasının rəhbəri Səməd Həsənzadə ilə bir araya gəlib. Görüşdə səfir deyib ki, bütün iqtisadi, siyasi və mədəni sahələrdə ikitərəfli əlaqələrin inkişafı Ermənistan hökuməti və xalqı üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə Crossmedia.az İRNA-ya istinadən məlumat verir.
Erməni diplomat iqtisadi əlaqələrin güclü olmamasından təəssüflənərək bildirib ki, “üç milyard dollarlıq ticarət səviyyəsinə nail olmaq üçün ortaq əməkdaşlığa ehtiyac var”.
Akopyan iki ölkə arasında əlaqələrin inkişafında ticarət nümayəndə heyətlərinin göndərilməsi və qəbul edilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “Ermənistanda sərmayə və müştərək müəssisələr üçün çoxlu imkanlar var və səfirlik iranlı iş adamlarını bu fürsətlərlə tanış etmək üçün bu sahədə lazımi əməkdaşlığı təmin etməyə hazırdır”.
15:45 16.04.2025
Oxunuş sayı: 1002