İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının koordinasiya üzrə müavini, briqada generalı İrəc Məscidi ABŞ-la aparılan son danışıqlarla bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, ötən həftə Omanda keçirilən Tehran-Vaşinqton görüşlərini şərh edərək bildirib ki, prosesin uğuru ABŞ-nin yanaşmasından asılı olacaq:
“Əgər ABŞ-nin yanaşması müsbət olarsa və müzakirələr tərəflərin razılığı ilə davam edərsə, danışıqlar səmərəli ola bilər. İran artıq öz mövqeyini açıqlayıb və danışıqlara başlayıb”.
General əlavə edib ki, hazırda danışıqların taleyi amerikalı tərəfin davranışına bağlıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf təhdid dili ilə danışarsa, Tehran buna sərt cavab verəcək.
Mədinə Cəlilova