Zelenskidən sülh sazişi ilə bağlı sərt açıqlama: “Bunlar bizim üçün qırmızı xətdir”

Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin sabiq xarici işlər naziri və sülh təşəbbüsünün təşkilatçılarından biri olan Vitkoffun açıqlamalarına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, o, Vitkoffun sülh sazişində “beş ərazi” məsələsinin müzakirə olunacağı ilə bağlı fikirlərinə cavab olaraq deyib ki, bu cür təkliflər Ukraynanın maraqlarına ziddir və qəbuledilməzdir.
“Bizim üçün bunlar qırmızı xətlərdir. Müvəqqəti olaraq işğal olunmuş istənilən əraziləri Rusiya kimi tanımaq. Bu nümayəndələr öz səlahiyyətlərinə aid olmayan məsələləri müzakirə edirlər”, – deyə Zelenski qeyd edib.
Prezident vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı qərarlar yalnız Ukrayna xalqına aiddir.
“Ukraynanın əraziləri haqqında yalnız Ukrayna xalqı danışa bilər”, – Zelenski NATO baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Mədinə Cəlilova
21:56 15.04.2025
Oxunuş sayı: 1679