ABŞ G7-nin Rusiya əleyhinə bəyanatını dəstəkləməkdən imtina etdi

Vaşinqton Sumadakı hücumu pisləyən sənədə veto qoydu
Crossmedia.az xəbər verir ki, “Bloomberg” məlumatına görə, ABŞ, G7 ölkələrinin Rusiyanın Suma şəhərinə endirdiyi raket zərbəsini pisləyən birgə bəyanatını bloklayıb.
Tramp administrasiyası sənədin “sülh danışıqları üçün təşəbbüsü qorumağa çalışdığını” əsas gətirərək bəyanatı dəstəkləməkdən imtina edib.
Bu il G7-yə sədrlik edən Kanada ABŞ-nin iştirakı olmadan bəyanatın mənasız olacağını bildirib.
Layihə sənədində qeyd olunurdu ki, Suma hücumu Rusiyanın müharibəni davam etdirmək niyyətində olduğunu bir daha göstərir.
Mədinə Cəlilova
21:05 15.04.2025
Oxunuş sayı: 1701