Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışından imtina etdi

Sofiya nüvə enerjisini öz ehtiyacları üçün saxlayacaq
Bolqarıstan hökuməti Ukraynaya iki nüvə reaktorunun satışını ləğv etmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.
Baş nazirin müavini Atanas Zafirov bildirib ki, qərar dünya üzrə elektrik enerjisinin bahalaşması fonunda ölkənin nüvə energetikasını inkişaf etdirmək məqsədilə verilib.
Reaktorların satışından əldə olunacaq vəsaitlə Bolqarıstanda iki yeni atom elektrik stansiyasının inşası planlaşdırılırdı. Müqavilənin ləğvi layihənin gələcəyini sual altına qoyur.
Mədinə Cəlilova
20:47 15.04.2025
Oxunuş sayı: 1553