Flippin və ABŞ birlikdə hərbi təlim keçirəcək

Filippin və ABŞ aprelin 21-dən mayın 9-na qədər keçiriləcək illik “Balikatan” adlı birgə hərbi təlimlər çərçivəsində təxminən 14,000 əsgər yerləşdirəcək.
Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Təlimlərdə ilk dəfə olaraq mobil sahil əleyhinə gəmiəleyhinə raket sistemi istifadə olunacaq, həmçinin bir hədəf gəminin batırılması və bir adanın yenidən ələ keçirilməsi ssenariləri həyata keçiriləcək – bu, keçənilki təlimlərə bənzər olacaq.
Təlimlər Tayvana və Cənubi Çin dənizinə yaxın Filippin bölgələrində keçiriləcək və Avstraliya əsgərləri ilə yanaşı, Yaponiya, Çexiya və Polşadan müşahidəçilər də iştirak edəcəklər.
14:55 15.04.2025
Oxunuş sayı: 1115