KİV: “İran ABŞ-nin uran ehtiyatını üçüncü ölkəyə ötürmək planınaqarşı çıxa bilər”

İranın ABŞ-nin zənginləşdirilmiş uran ehtiyatını üçüncü ölkəyə (Rusiya kimi) ötürmək təklifinə qarşı çıxacağı gözlənilir.
Crossmedia.az bununla bağlı “The Guardian”a istinadən məlumat verir.
Məlumata görə, bu təklif Vaşinqtonun Tehranın nüvə fəaliyyətlərinə nəzarət etmək və İranın nüvə silahı istehsal etmək üçün zənginləşdirilmiş urandan istifadə etməsinin qarşısını almaq səyləri çərçivəsində irəli sürülüb.
İran bildirir ki, son dörd il ərzində yığılan ehtiyatlar BAEA-nın ciddi nəzarəti altında İslam Respublikasında qalmalıdır. Tehran bunu ABŞ-nin sazişdən çıxacağı təqdirdə ehtiyat tədbiri və ya bir növ özünü sığortalamaq cəhdi kimi görür.
14:13 15.04.2025
Oxunuş sayı: 1127