Uitkoff: “Tehranla danışıqlar nüvə proqramının yoxlanılmasına yönələcək”

Dünən ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində deyib ki, “İran ilə danışıqlarda əsas diqqət nüvə proqramı və onun hərbi aspektlərinin yoxlanılmasına istiqamətlənəcək”.
Crossmedia.az "Iran International"-a istinadən xəbər verir ki, Uitkoffun sözlərinə görə, danışıqlar uranın zənginləşdirilməsi proqramına və silahlaşdırılmasına nəzarətə əsaslanacaq.
O, qeyd edib ki, Tramp Tehranın nüvə bombasına nail ola bilməyəcəyini açıq şəkildə bildirib.
10:23 15.04.2025
Oxunuş sayı: 1172