İran İtaliyanın iddiasını üstüörtülü təkzib etdi

İranın XİN-nin sözçüsü İsmail Bəqai İran-ABŞ danışıqlarının ikinci raundunun Maskatda keçiriləcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəqai bazar ertəsi axşam IRNA-ya müsahibəsində deyib: "Məsləhətləşmələrdən sonra qərara alındı ki, Maskat şənbə günü keçiriləcək danışıqların ikinci mərhələsinə ev sahibliyi etməyə davam etsin".
Qeyd edək ki, danışıqların ikincinin raundunun İtaliyanın Roma şəhərində keçiriləcəyi ilə bağlı məlumatlar yayılmışdı.
10:15 15.04.2025
Oxunuş sayı: 1080