Müharibədən sonra maliyyə dəstəyi: - Səudiyyə Suriyanı dirçəltmək istəyir

Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan 15 milyon dollarlıq borcunu ödəməyi düşünür.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, bu yardım Səudiyyə Ərəbistanının keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyaya yönəltdiyi ilk açıq maliyyə dəstəyi olacaq.
Plan reallaşarsa, Dünya Bankının Suriya üçün qrant və digər yardım mexanizmlərini aktivləşdirməsi mümkün olacaq.
Qeyd edək ki, Suriyanın hazırkı maliyyə vəziyyəti ağırdır. Ölkədə xarici valyuta çatışmazlığı hökm sürür, dondurulmuş aktivlərdən istifadə edərək borcun ödənilməsi planı isə nəticəsiz qalıb. Dünya Bankı nümayəndələri ölkənin zədələnmiş elektrik şəbəkəsinin bərpası və dövlət sektorunun maaşlarının maliyyələşdirilməsi üçün dəstək yollarını müzakirə edirlər.
Aybəniz Səfərova
23:00 14.04.2025
Oxunuş sayı: 1397