Makron: Rusiya dayanmır, müharibəni davam etdirmək istəyir

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Sumı şəhərinə etdiyi hücumu kəskin şəkildə pisləyib. O bildirib ki, bu müharibəni Rusiya özü başlayıb və indi də onu davam etdirmək niyyətindədir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadla məlumat verir
Makronun sözlərinə görə, Moskva insan həyatını, beynəlxalq hüququ və prezident Trampın diplomatik səylərini açıq şəkildə görməzlikdən gəlir. O, Rusiyanın bu davranışını beynəlxalq nizam üçün ciddi təhdid kimi qiymətləndirib.
Qeyd edək ki, aprelin 13-də Rusiyanın Sumıya hücuu nəticəsində 34 nəfər ölüb.
Nigar Rəhimova
18:55 14.04.2025
Oxunuş sayı: 1391