Yaponiyadakı yaponların sayı azalıb: İki əsas səbəb

Yaponiyada yerli vətəndaşların sayı bir il ərzində 898 min nəfər azalıb. Bu, indiyədək qeydə alınmış ən böyük azalma kimi göstərilir.
Crossmedia.az xəbər verir ki, Yaponiya Daxili İşlər və Kommunikasiya Nazirliyinin yaydığı son statistikaya əsasən, 2024-cü ilin oktyabr ayına olan məlumata görə, ölkədəki yapon vətəndaşların sayı 120,3 milyona düşüb.
Eyni dövrdə, əcnəbilər daxil olmaqla, ümumi əhalinin sayı da 550 min nəfər azalaraq 123,8 milyona enib.
İşləyən əhali kimi qəbul edilən 15-64 yaş arası şəxslərin sayı 224 min nəfər azalaraq 73,73 milyon təşkil edib.
Əhali azalmasının əsas səbəbləri kimi doğum səviyyəsinin aşağı düşməsi və cəmiyyətin yaşlanması göstərilir.
Mədinə Cəlilova
18:37 14.04.2025
Oxunuş sayı: 1319