8-ci Briqada buraxıldı: Dəraa tamamilə Dəməşqə tabe oldu

BƏƏ tərəfindən dəstəklənən 8-ci briqada, Suriya Prezidenti Əhməd əş-Şəraa-nın Əbu-Dabiyə səfərindən sonra özünü rəsmi olaraq buraxdığını və Müdafiə Nazirliyinin tərkibinə daxil olduğunu elan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Müdafiə və İctimai Təhlükəsizlik Nazirliyinin qüvvələri, əvvəllər 8-ci briqadanın nəzarətində olan Busrə əş-Şamda yerləşən hərbi və təhlükəsizlik xidmətlərinin qərargahını ələ keçiriblər.
Beləliklə, artıq Dəraa əyalətində Dəməşqə tabe olmayan və müstəqil fəaliyyət göstərən hərbi birləşmə qalmayıb.
Həmçinin qeyd etmək lazımdır ki, 8-ci briqada əvvəllər müxalif qruplaşma idi. Lakin 2018-ci ildə Rusiyanın vasitəçiliyi ilə Beşinci Korpusa daxil oldu, lakin yarı-muxtar quruluşunu və ağır hərbi texnikasını qoruyub saxladı.
18:25 14.04.2025
Oxunuş sayı: 1254