Təbiətin sürprizi: Pülümür çayında qara leylək görüldü!

Türkiyənin şərqində yerləşən Tunceli vilayətinin Pülümür rayonunda təbiətsevərləri həyəcanlandıran təkrarsız bir hadisə baş verib. Nəsli tükənmək təhlükəsi ilə üz-üzə olan və nadir hallarda görünən qara leylək, Pülümür Çayı ətrafında müşahidə olunub. Bu nadir an təbiət fotoqrafı Muratcan Toprakçının obyektivinə tuş gəlib.
Crossmedia.az CNN agentliyinə istinadla xəbər verir ki,Toprakçı bildirib ki, səhər saatlarında çay kənarında etdiyi adi müşahidələr zamanı qara leyləyi görüb və bu xüsusi anı dərhal çəkib: “Belə nadir və xüsusi bir növü təbii mühitində görmək böyük xoşbəxtlikdir. Bu kadrlar həm mənim üçün, həm də təbiətin qorunması baxımından çox dəyərlidir,” deyə o qeyd edib.
Bu müşahidə, bölgədəki bioloji müxtəlifliyin və təbii həyatın nə qədər zəngin olduğunu bir daha sübut edir.
Nigar Rəhimova
17:25 14.04.2025
Oxunuş sayı: 963