XİN sözçüsü Omana İran-ABŞ danışıqlarına görə təşəkkür edib

Dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” hesabındakı paylaşımında Oman və onun xarici işlər nazirinə İran və ABŞ arasında dolayı danışıqlara evsahibliyi etdiyinə görə təşəkkür edib.
Crossmedia.az bununla bağlı İran mediasına istinadən məlumat verir.
İsmayıl Bəqai paylaşımında bildirib ki, “İran XİN-nin rəhbəri ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə sanksiyaların ləğvi və nüvə məsələsi ilə bağlı bir sıra dolayı danışıqlar apardıqdan sonra Maskatdan Tehrana qayıdır”.
“Biz Oman və onun xarici işlər nazirinə bu danışıqlara evsahibliyi və vasitəçilik etdiklərinə görə təşəkkür edirik. Gələn həftə dolayı danışıqları davam etdirmək üçün iki tərəf arasında razılaşmanı nəzərə alaraq, Oman bu mühüm rolu oynamağa davam edəcək”, - deyə, sözçü bildirib.
11:20 13.04.2025
Oxunuş sayı: 1471