Səudiyyə Ərəbistanı İran-Amerika danışıqlarının baş tutmasını alqışlayır

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Oman Krallığının İran ilə Amerika arasında danışıqlara ev sahibliyi etməsini alqışlayıb və bu səyləri dəstəkləyib.
Crossmedia.az bu barədə Səudiyyə Ərəbistan mediasına istinadən məlumat verir.
Məlumata görə, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ölkə dialoqu regional və beynəlxalq mübahisələrə son qoymaq üçün həll yolu hesab edir.
Səudiyyə Ərəbistanı bu danışıqların regionda və dünyada təhlükəsizliyin, sabitliyin və sülhün bərqərar olması üçün əməkdaşlığın gücləndirilməsinə səbəb olacağına ümid etdiyini bildirir.
Nuray Mikayıllı
10:50 13.04.2025
Oxunuş sayı: 1528