Ermənistandan İrana enerji ötürən üçüncü elektrik xətti istifadəyə veriləcək

İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu gün Noravan şəhərinə səfər edib. O , Ermənistan-İran elektrik enerjisinin nəqli layihəsinin üçüncü xəttinin 400 kV-luq yarımstansiyasına baxış keçirib.
Crossmedia.az İSNA-ya istinadən bildirir ki , bu haqda İranın Ermənistandakı səfiri Mehdi Sübhani açıqlama verib.
İran səfiri yarımstansiyada işlərin 90 faizinin tamamlandığını və yaxın bir neçə aya Ermənistandan İrana elektrik enerjisinin ötürüləcəyinə ümidvar olduğunu bildirib.
Nuray Mikayıllı
10:20 13.04.2025
Oxunuş sayı: 1414